• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Bu pensiyalar 9 faiz artacaq — DEPUTAT AÇIQLADI

30 Yanvar, 26 / 11:03
A A
Bu pensiyalar 9 faiz artacaq — DEPUTAT AÇIQLADI

“Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələbidir. Yəni bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş haqqıdır. Nəhayət, qanunla müəyyən edilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb. Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərəncam veriləcək”.

Medialive.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli 2026-cı ilin pensiya artımları ilə bağlı suala aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da tezliklə yox, növbəti ilin yanvar ayında olur.

“Ona görə də 2026-cı ilin pensiya artımları barədə çoxsaylı müraciətləri sistemləşdirərək, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq birincisi, pensiya indeksləşdirmə prinsipinə əsasən müəyyənləşdirilir.

“Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 1-ci bəndinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun həyata keçirilir.

Əvvəlki illərin göstəricisinə 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əmək haqqının nominal artım göstəricisinə uyğun olaraq 8,1% artırılıb. Həmin qayda ilə bu il də əmək pensiyaları 2025-ci ilin orta aylıq əmək haqqının artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək.

Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% artıb. Rəsmi açıqlamalarda isə 9–9,2% arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın dəqiq faizi isə gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq.

Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident sərəncamı veriləcək”, – deputat qeyd edib.

Təxmini artıma gəldikdə deputat deyib ki, ötən il median pensiya səviyyəsində (təqribən 360 manat) pensiya alanların pensiyası təxminən 33 manat artaraq 393 manata, orta pensiya ətrafında (543 manat) pensiya alanların pensiyası isə 50 manat artırılaraq 593 manata çatacağı gözlənilir.

Artım kimlərə şamil olunacağa gəldikdə isə deputat qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, pensiya artımı əmək pensiyalarının hər üç növünə şamil ediləcək: “Yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə. “Bu artım təxminən 1,1 milyon pensiyaçını əhatə edəcək”, – o qeyd edib.

Yanvar ayında artımın verilməməsi səbəbinə gəldidkə deputat deyib ki, 2025-ci il üzrə əmək haqqının orta illik artım göstəricisi hələ məlum olmadığından, pensiyaçılar yanvar ayında əvvəlki məbləğdə pensiya aldılar: “Artan pensiyalar yanvar və fevral ayları üzrə birlikdə fevral ayında ödəniləcək. Məsələn: Pensiyası 400 manat olan pensiyaçının pensiyası fevralda həm yanvar, həm də fevral artımları ilə birlikdə 474 manat olacaq.

Mart ayından isə pensiya 437 manat səviyyəsində ödəniləcək.

Fərdi hesabın artımı isə “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddəsinə əsasən, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsi ildə bir dəfə inflyasiyaya uyğun indeksləşdirilir. 2025-ci il üzrə fərdi hesablar 5,6% səviyyəsində artırılacaq. Məsələn:

Minimum pensiya təminatı (320 manat) üçün fərdi hesab 46,080 manatdan 48,660 manata çatacaq.

Fərdi hesabı 60,000 manat olan pensiyaçının vəsaiti isə 63,360 manata yüksələcək.

Əmək pensiyalarında artım: təxminən 9%

Fərdi hesabın artımı: 5,6%

Yanvar ayı üzrə artımlar fevral pensiyası ilə birgə ödəniləcək.

Pensiyaların illik indeksləşdirilməsi vacibdir, amma qiymətlər də artır. Buna görə də real təsir üçün antiinflyasiya tədbirlərinin görülməsi vacibdir ki, pensiya artımı inflyasiyanın “yeminə” çevrilməsin və pensiyaçılar həyatında real müsbət təsir göstərsin”.

Əvvəlki yazı

“Azərişıq”dan şikayət - Vətəndaşın elekrik enerjisini qanunsuz kəsib

Növbəti yazı

İcra Hakimiyyətində YENİ TƏYİNAT

Bənzər Xəbərlər

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ
Manşet

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17.Fev.26 /17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO
Sosial

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17.Fev.26 /16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi
Siyasət

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17.Fev.26 /16:23
Səidə Haqverdiyevanın həbsi istənilir
Mədəniyyət

Səidə Haqverdiyevanın həbsi istənilir

17.Fev.26 /16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Sosial

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17.Fev.26 /16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı
Sosial

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17.Fev.26 /15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?
Sosial

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17.Fev.26 /15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 
Hadisə

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17.Fev.26 /15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB
Sosial

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17.Fev.26 /15:32

XƏBƏR LENTİ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17 Fevral, 26 / 17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17 Fevral, 26 / 16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17 Fevral, 26 / 16:23
Səidə Haqverdiyevanın həbsi istənilir

Səidə Haqverdiyevanın həbsi istənilir

17 Fevral, 26 / 16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17 Fevral, 26 / 16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17 Fevral, 26 / 15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17 Fevral, 26 / 15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17 Fevral, 26 / 15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17 Fevral, 26 / 15:32
Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.