• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

“Ən CAVAN Həftə” başa çatıb!

09 Fevral, 26 / 16:41
A A
“Ən CAVAN Həftə” başa çatıb!

1–7 fevral tarixlərini əhatə edən 7 layihədən ibarət “Ən CAVAN Həftə” silsilə tədbirlər proqramı keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, CAVAN Gənclər Hərəkatı İB-nin təşkilatçılığı ilə təşkil olunan 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Ən CAVAN Həftə” silsilə tədbirlər proqramına daxil olan, müxtəlif mövzuları əhatə edən qeyri-formal təhsilə fokuslanan vörkşoplar, elektron idman yarışlarına marağı olan iştirakçılar üçün esport turniri, yaradıcılıq və əyləncəni bir araya gətirən musiqi gecəsi, həyəcan dolu, rəngarəng rəqs yarışı, şəbəkələşmə görüşü gənclərin həm sosial, həm də peşəkar inkişafına töhfə verməklə yanaşı, onların istedadlarını nümayiş etdirmələri üçün də geniş imkanlar yaradıb.

Belə ki, 1 fevral tarixində start verilən həftənin ilk tədbiri “geek” mədəniyyətinin ayrılmaz hissəsi sayılan “K-pop üzrə vörkşop” olub. Rəqs Studiyasında keçirilən vörkşop zamanı gənclər rəqsin incəliklərini öyrənib. 2 fevral tarixində gənclərin yaradıcılıq potensialının artırılması məqsədilə baş tutan “CAVAN Acoustic Night” adlı musiqili gecə zamanı gənclər canlı ifaları dinləyib, səmimi atmosfer və unudulmaz anlar yaşayıb. Eyni zamanda silsilə tədbirlər çərçivəsində “FC26 Turniri”, “Buz arenasında şəbəkələşmə görüşü” , “Dulusçuluq üzrə vörkşop’’, “Hip-hop rəqs üzrə vörkşop” həyata keçirilib.

Layihənin bağlanış tədbiri isə “Ritmə Qarşı 2026 — Rəqs Müsabiqəsi’’-dir. CAVAN Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə bildirib ki, Ən CAVAN Həftə silsilə tədbirlər proqramı sayəsində gənclərin zövqünə uyğun 7 fərqli layihə icra olunub. “Bu gün isə həftənin bağlanış tədbiri olan “Ritmə Qarşı 2026 — Rəqs Müsabiqəsi’’ baş tutub. Artıq 3-cü dəfədir ki, təşkil olunan bu müsabiqə gənclərin ən maraqla gözlədiyi tədbirlərdən biri olub. “All styles” formatında keçirilən müsabiqə 16–29 yaş arası rəqqasları bir səhnədə birləşdirib.

İştirakçılar fərdi üslub və texnikalarını nümayiş etdirərək münsiflərin və tamaşaçıların böyük marağına səbəb olublar. Ardıcıl baş tutan “battle”lar isə rəqabəti daha da gərgin və dinamik edib. Gələcək illərdə isə bu layihəni daha böyük konseptdə regionallarda və əsasən işğaldan azad edilmiş bölgələrdə Xankəndində, Şuşada keçirməyi nəzərdə tutmuşuq.

Müsabiqənin məqsədi yaradıcı gənclərin potensialının üzə çıxarılması və onların özünüifadə imkanlarının genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və rəqs mədəniyyətinin gənclər arasında təşviq edilməsidir’’.

Beləliklə, 7 gün fərqli gənc kütlələrə xitab edən “Ən CAVAN Həftə” öz işini uğurla yekunlaşdırıb.

 

Əvvəlki yazı

Ramiz Mehdiyevlə bağlı yeni qərar veriləcək

Növbəti yazı

Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bənzər Xəbərlər

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR
Sosial

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR

25.May.26 /13:30
Məmməd Məmmədov vəfat etdi – FOTO
Sosial

Məmməd Məmmədov vəfat etdi – FOTO

25.May.26 /13:28
DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR
Sosial

DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR

25.May.26 /13:27
Polkovnik işdən çıxarıldı
Sosial

Polkovnik işdən çıxarıldı

25.May.26 /13:22
Pensiya alanların nəzərinə
Sosial

Pensiya alanların nəzərinə

25.May.26 /13:00
Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar
Sosial

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar

25.May.26 /12:59
SOCAR-da yeni təyinat - FOTO
Sosial

SOCAR-da yeni təyinat - FOTO

25.May.26 /12:56
Sabah qısa iş günü olacaq
Sosial

Sabah qısa iş günü olacaq

25.May.26 /12:53
Generalın qızının toyundan görüntülər - VİDEO
Sosial

Generalın qızının toyundan görüntülər - VİDEO

25.May.26 /12:51

XƏBƏR LENTİ

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR

25 May, 26 / 13:30
Məmməd Məmmədov vəfat etdi – FOTO

Məmməd Məmmədov vəfat etdi – FOTO

25 May, 26 / 13:28
DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR

DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR

25 May, 26 / 13:27
Polkovnik işdən çıxarıldı

Polkovnik işdən çıxarıldı

25 May, 26 / 13:22
Pensiya alanların nəzərinə

Pensiya alanların nəzərinə

25 May, 26 / 13:00
Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar

25 May, 26 / 12:59
SOCAR-da yeni təyinat - FOTO

SOCAR-da yeni təyinat - FOTO

25 May, 26 / 12:56
Sabah qısa iş günü olacaq

Sabah qısa iş günü olacaq

25 May, 26 / 12:53
Generalın qızının toyundan görüntülər - VİDEO

Generalın qızının toyundan görüntülər - VİDEO

25 May, 26 / 12:51
Bu estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub 

Bu estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub 

25 May, 26 / 12:48
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.