• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Onların pensiyası 3 dəfə artırıldı

13 Fevral, 26 / 10:45
A A
Onların pensiyası 3 dəfə artırıldı

Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb.

Bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna malikdirlər:

xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;
xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər;
xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;

hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:

20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;
xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;
xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;
hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.

Yuxarıda göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz.

20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə pensiyanın minimum məbləği Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.

Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:

öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi həcmində (bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri üçün hesablanır); ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə hesablana bilər;
75 yaşına çatmış tənha pensiyaçılara onlara qulluq üçün yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;
müharibə əlillərinə və iştirakçılarına:
– I qrup əlillərə yaşa görə minimum pensiyanın 300 faizi məbləğində,
– II qrup əlillərə yaşa görə minimum pensiyanın 250 faizi məbləğində,
– III qrup əlillərə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində; (yuxarıda nəzərdə tutulmuş üç əlavə növü eyni vaxtda hesablana bilər)
döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular sırasından olan müharibə iştirakçılarına yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

///Trend

Əvvəlki yazı

Nihat Hatipoğlu Bakıya gəlib - VİDEO

Növbəti yazı

Azərbaycanda bəzi ailələrə pulsuz ev veriləcək

Bənzər Xəbərlər

Baş nazirin mülklərinin siyahısı niyə yayıldı? 
Sosial

Baş nazirin mülklərinin siyahısı niyə yayıldı? 

21.Apr.26 /14:21
Onlar 1500 manat cərimə ediləcək
Sosial

Onlar 1500 manat cərimə ediləcək

21.Apr.26 /14:18
Bu valideyn və müəllimlər 200 manatadək cərimələnəcək 
Sosial

Bu valideyn və müəllimlər 200 manatadək cərimələnəcək 

21.Apr.26 /14:10
Bu, cinayət sayılacaq - YENİ QƏRAR
Sosial

Bu, cinayət sayılacaq - YENİ QƏRAR

21.Apr.26 /14:08
Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunub? - Rəsmi
Sosial

Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunub? - Rəsmi

21.Apr.26 /13:20
Elnur Abbasquliyev bu vəzifəyə təyin olundu
Sosial

Elnur Abbasquliyev bu vəzifəyə təyin olundu

21.Apr.26 /13:15
Gözlənilməz şans qazanacaq BÜRCLƏR
Sosial

Gözlənilməz şans qazanacaq BÜRCLƏR

21.Apr.26 /13:14
İcra başçısı bu görüşə görə tənqid olundu
Sosial

İcra başçısı bu görüşə görə tənqid olundu

21.Apr.26 /13:11
Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?
Sosial

Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?

21.Apr.26 /13:09

XƏBƏR LENTİ

Baş nazirin mülklərinin siyahısı niyə yayıldı? 

Baş nazirin mülklərinin siyahısı niyə yayıldı? 

21 Aprel, 26 / 14:21
Onlar 1500 manat cərimə ediləcək

Onlar 1500 manat cərimə ediləcək

21 Aprel, 26 / 14:18
Bu valideyn və müəllimlər 200 manatadək cərimələnəcək 

Bu valideyn və müəllimlər 200 manatadək cərimələnəcək 

21 Aprel, 26 / 14:10
Bu, cinayət sayılacaq - YENİ QƏRAR

Bu, cinayət sayılacaq - YENİ QƏRAR

21 Aprel, 26 / 14:08
Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunub? - Rəsmi

Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunub? - Rəsmi

21 Aprel, 26 / 13:20
Elnur Abbasquliyev bu vəzifəyə təyin olundu

Elnur Abbasquliyev bu vəzifəyə təyin olundu

21 Aprel, 26 / 13:15
Gözlənilməz şans qazanacaq BÜRCLƏR

Gözlənilməz şans qazanacaq BÜRCLƏR

21 Aprel, 26 / 13:14
İcra başçısı bu görüşə görə tənqid olundu

İcra başçısı bu görüşə görə tənqid olundu

21 Aprel, 26 / 13:11
Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?

Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?

21 Aprel, 26 / 13:09
Tuneldə qalan sərnişinlər evakuasiya edildi

Tuneldə qalan sərnişinlər evakuasiya edildi

21 Aprel, 26 / 13:05
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.