Bakının mərkəzində mənzildə yanğın başlayıb.
Medialive.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.




















