Göyçayda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.
Medialive.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, V.Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.