Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Medialive.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən “Huner Group” MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.




















