• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Deputatlar

Milli Məclisdən Xocalı soyqırımı ilə bağlı - Müraciət

26 Fevral, 26 / 17:20
A A
Milli Məclisdən Xocalı soyqırımı ilə bağlı - Müraciət
Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə  və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.
Medialive.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan Respublikasının ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.
Bildirilir ki, bu soyqırım zamanı etnik mənsubiyyətlərinə görə 63-ü uşaq, 106-sı qadın  və 70-i qoca olmaqla, 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara qarşı misilsiz qəddarlıqlar törədilib. Meyitlər təhqir edilib, bəzi qurbanlar diri-diri yandırılıb.
Müraciətlərdə deyilir ki, Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, insan hüquqlarının, habelə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncə və digər qəddar, qeyri-insani  və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın kobud şəkildə pozulmasıdır.
Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin və xalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalı da daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidən qayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq.
Həmçinin, məhz Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması və irəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin ötən ilin avqustunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.
Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların genişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilə daha da möhkəmləndirilir.
Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən də parlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdə bəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırış olduğu vurğulanır.
Əvvəlki yazı

İlham Əliyev Ərdoğana zəng etdi

Növbəti yazı

Rasim Balayevin son durumu açıqlandı

Bənzər Xəbərlər

Əli Əsədov qərar imzaladı
Gündəm

Əli Əsədov qərar imzaladı

06.Mar.26 /15:12
“Naxçıvana bombalar düşürdü”
Gündəm

“Naxçıvana bombalar düşürdü”

06.Mar.26 /14:54
İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?
Gündəm

İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

06.Mar.26 /14:25
Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı
Gündəm

Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı

06.Mar.26 /13:43
Bu xanımlara yüksək vəzifə verildi - ADLAR
Gündəm

Bu xanımlara yüksək vəzifə verildi - ADLAR

06.Mar.26 /13:28
Martın 7-də havanın temperaturu dəyişəcək
Sosial

Martın 7-də havanın temperaturu dəyişəcək

06.Mar.26 /12:54
Sənəd qəbulu başa çatdı
Sosial

Sənəd qəbulu başa çatdı

06.Mar.26 /12:43
Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN
Gündəm

Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

06.Mar.26 /12:27
Həcc ziyarəti təxirə salınacaq?
Gündəm

Həcc ziyarəti təxirə salınacaq?

06.Mar.26 /12:22

XƏBƏR LENTİ

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

06 Mart, 26 / 15:12
“Naxçıvana bombalar düşürdü”

“Naxçıvana bombalar düşürdü”

06 Mart, 26 / 14:54
İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

06 Mart, 26 / 14:25
Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı

Azərbaycan səfirliyi İranda fəaliyyətini dayandırdı

06 Mart, 26 / 13:43
Bu xanımlara yüksək vəzifə verildi - ADLAR

Bu xanımlara yüksək vəzifə verildi - ADLAR

06 Mart, 26 / 13:28
Martın 7-də havanın temperaturu dəyişəcək

Martın 7-də havanın temperaturu dəyişəcək

06 Mart, 26 / 12:54
Sənəd qəbulu başa çatdı

Sənəd qəbulu başa çatdı

06 Mart, 26 / 12:43
Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

06 Mart, 26 / 12:27
Həcc ziyarəti təxirə salınacaq?

Həcc ziyarəti təxirə salınacaq?

06 Mart, 26 / 12:22
İlham Əliyev Qana Prezidentini təbrik etdi

İlham Əliyev Qana Prezidentini təbrik etdi

06 Mart, 26 / 12:11
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.