İstilik təchizatı xidmətləri ilə bağlı tariflərin faktiki istilik verilən sahəyə görə hesablanması təklif edilib.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əks olunub.
Sənəddə istilik təchizatı xidmətləri ilə bağlı tariflərin istehlakçının mənzilinin ümumi sahəsinə görə deyil, faktiki istilik verilən sahəsinə görə hesablanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli, 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”nın 9.5.1-ci bəndinə müvafiq dəyişikliklərin edilməsi təklifi irəli sürülüb. //Bizim.Media




















