• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Nəqliyyatla bağlı YENİLİK - BUNDAN SONRA...

03 Mart, 26 / 14:06
A A
Nəqliyyatla bağlı YENİLİK - BUNDAN SONRA...

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir.

Medialive.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (o cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur.

Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər). Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının (xüsusi hazırlıq keçməsinin), sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhərdaxili, şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur. Qeyd edilib ki, sifarişli daşımalarda (xüsusən də sərnişin daşımalarında) istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə aldıqda, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə həmin nəqliyyat vasitələrinin daşıma üçün təhlükəzliyinə tam şəkildə nəzarət etmək mümkün deyil.

Digər tərəfdən nəzərə alınmalıdır ki, ən çoxu 5 sərnişin daşınan taksi minik avtomobillərinə dair texniki, daxili və xarici tərtibatla bağlı tələblər olduğu halda 10-dan çox sərnişin daşıyan sifarişli sərnişin daşımalarında bu tələblərin olmaması daha ciddi təhlükələrə yol aça bilir.

Eyni zamanda, qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:

– avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

– avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası; – avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır. Dəyişikliklər çərçivəsində həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.

Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır. Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki yazı

Yeni cərimələr təsdiqləndi: 30 manatdan 5000-dək...

Növbəti yazı

Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir

Bənzər Xəbərlər

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Sosial

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

03.Mar.26 /17:25
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: İpoteka imkanları genişlənir
Sosial

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: İpoteka imkanları genişlənir

03.Mar.26 /17:11
Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc kimin oğludur? - DOSYE
Gündəm

Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc kimin oğludur? - DOSYE

03.Mar.26 /17:09
Yaxın Şərq "od tutub yanır", İran dayanmır - "Xameneinin öldürülməsini kompensasiya edəcəklər"
Dünya

Yaxın Şərq "od tutub yanır", İran dayanmır - "Xameneinin öldürülməsini kompensasiya edəcəklər"

03.Mar.26 /16:47
Gecə paltarlarını reklam edən bloqer cərimələndi — FOTOLAR
Sosial

Gecə paltarlarını reklam edən bloqer cərimələndi — FOTOLAR

03.Mar.26 /16:29
Tibbi Yardım Stansiyasının müdirinin kobud görüntüləri ilə bağlı açıqlama - VİDEO
Sosial

Tibbi Yardım Stansiyasının müdirinin kobud görüntüləri ilə bağlı açıqlama - VİDEO

03.Mar.26 /16:19
Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə
İqtisadiyyat

Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

03.Mar.26 /16:16
Hörmüz boğazı bağlandı: Körfəzdə dəniz nəqliyyatı dayandırıldı
Dünya

Hörmüz boğazı bağlandı: Körfəzdə dəniz nəqliyyatı dayandırıldı

03.Mar.26 /15:59
Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə
Sosial

Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə

03.Mar.26 /15:40

XƏBƏR LENTİ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

03 Mart, 26 / 17:25
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: İpoteka imkanları genişlənir

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: İpoteka imkanları genişlənir

03 Mart, 26 / 17:11
Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc kimin oğludur? - DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc kimin oğludur? - DOSYE

03 Mart, 26 / 17:09
Yaxın Şərq "od tutub yanır", İran dayanmır - "Xameneinin öldürülməsini kompensasiya edəcəklər"

Yaxın Şərq "od tutub yanır", İran dayanmır - "Xameneinin öldürülməsini kompensasiya edəcəklər"

03 Mart, 26 / 16:47
Gecə paltarlarını reklam edən bloqer cərimələndi — FOTOLAR

Gecə paltarlarını reklam edən bloqer cərimələndi — FOTOLAR

03 Mart, 26 / 16:29
Tibbi Yardım Stansiyasının müdirinin kobud görüntüləri ilə bağlı açıqlama - VİDEO

Tibbi Yardım Stansiyasının müdirinin kobud görüntüləri ilə bağlı açıqlama - VİDEO

03 Mart, 26 / 16:19
Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

03 Mart, 26 / 16:16
Hörmüz boğazı bağlandı: Körfəzdə dəniz nəqliyyatı dayandırıldı

Hörmüz boğazı bağlandı: Körfəzdə dəniz nəqliyyatı dayandırıldı

03 Mart, 26 / 15:59
Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə

Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə

03 Mart, 26 / 15:40
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM

Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM

03 Mart, 26 / 15:33
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.