• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

AAYDA-da ciddi yeyinti qalmaqalı – Musayev və Nehmətov haqqında sensasion iddialar

13 Mart, 26 / 16:04
A A
AAYDA-da ciddi yeyinti qalmaqalı – Musayev və Nehmətov haqqında sensasion iddialar

Azərbaycan Avtomobil Yolları sistemində uzun illər müxtəlif vəzifələrdə çalışmış Məhəmməd Musayev barəsində yeni araşdırmalar aparıldığı bildirilir.

NOCOMMENT.az-a məlumat verən mənbə iddia edib ki, Musayev uzun müddət qurumda yüksək vəzifələrə keçmiş rəhbər Saleh Məmmədov ilə qohumluq əlaqələrinə görə təyinatlar alıb və rəhbərlik etdiyi idarələrdə ciddi maliyyə pozuntularına yol verilməsi ehtimalları araşdırılır.

Məlumatda qeyd olunur ki, Musayev 2016-cı ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sisteminin bir neçə strukturunda rəhbər vəzifələrdə çalışıb. Həmin müddətdə onun fəaliyyətinə dair müxtəlif şikayətlər daxil olduğu, işçilərlə münasibətdə kobud davranış, idarəetmədə qohumbazlıq və sui-istifadə hallarının olduğu iddia edilir.

6 milyon manatlıq ehtiyat hissələri qalmaqalı

Mənbələrin bildirdiyinə görə, Musayevin rəhbərlik etdiyi 18 saylı Yol İdarəsində aparılan maliyyə yoxlamaları zamanı Çexiyadan Tatra yük avtomobilləri üçün ehtiyat hissələrinin alınması məqsədilə təqribən 6 milyon manatlıq müqavilə bağlanmasına baxmayaraq, detalların faktiki olaraq gətirilmədiyi aşkara çıxıb.

İddia olunur ki, yaranan vəziyyətdən sonra Musayevin vəzifədən uzaqlaşdırılması barədə qərar verilib, lakin o, işdən çıxarılmaq əvəzinə 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə keçirilib.

Hazırda aparılan əlavə yoxlamaların nəticələrinin gözlənildiyi və araşdırmaların davam etdiyi bildirilir.

7 saylı idarədə yeni iddialar

Mənbənin bildirdiyinə görə, hazırda Məhəmməd Musayevin fəaliyyəti ilə bağlı araşdırmalar davam edir və vəziyyətinin gərgin olduğu qeyd olunur. İddia olunur ki, Musayevin rəhbərlik etdiyi 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsində son üç ildə müxtəlif maliyyə və idarəçilik pozuntuları baş verib.

Məlumatlarda bildirilir ki, eskalatorlar üçün nəzərdə tutulan, lakin alınmayan detallar, keçid və tunellərin işıqlandırılmasına ayrılan vəsait, eləcə də generatorlar üçün ayrılan dizel yanacağı təyinatı üzrə istifadə edilməyib. Bu proseslərdə Musayevin yaxın adamı – Nazir Nehmətovun əsas rol oynadığı, idarəyə ayrılan benzinin isə Sənan Quliyev vasitəsilə qanunsuz satıldığı iddia edilir. Nehmətovun qardaşı Elmarın da idarədə işlədiyi bildirilir.

Mənbələr əlavə edir ki, Musayev idarədə özünü “toxunulmaz” kimi aparır və işçilərlə kobud davranır.

Həmçinin hər ay müxtəlif obyektlərə qanunsuz elektrik verilməsi ilə əlavə gəlir əldə edildiyi, ümumi mənimsəmənin milyonlarla manatı əhatə etdiyi irəli sürülür.

“Keçidlərə qanunsuz elektrik verilməsi” – siyahı açıqlanıb

İddialara görə, rəhbərliyin göstərişi ilə bir sıra yeraltı və yerüstü piyada keçidlərindən müxtəlif obyektlərə qanunsuz elektrik enerjisi verilib. Siyahıya aşağıdakı keçidlər daxildir:

* Beşmərtəbə yeraltı keçid – 37 mağaza
* Milli Bank yeraltı keçid – 12 mağaza
* Nizami yeraltı keçid – 1 mağaza
* Targovu yeraltı keçid – 1 mağaza
* Ağ şəhər – 1 köşk
* Luna Park – 1 köşk
* Ağa Nəmetulla – 1 mağaza
* Heydər Əliyev ASAN Xidmət yaxınlığı – 1 köşk
* Babək–Azneft – 1 köşk
* “Monte Karlo” yeraltı keçidi – 1 köşk
* Olimp – 3 mağaza
* Azadlıq 189 – 1 mağaza
* Z. Bünyadov 11 – 1 mağaza
* Aviasiya keçidi – 1 köşk
* Rəsulzadə, Araz market yanı – 1 mağaza
* Atatürk 47 – 1 köşk
* Sabunçu – 2 köşk
* Salyan avtovağzal – 1 köşk

Mənbə qeyd edir ki, 7 saylı idarədə çalışan bəzi şəxslər Musayev və Nehmətovun fəaliyyətinə toxunulmayacağını iddia etsələr də, hazırda vəziyyətin dəyişə biləcəyi və yeni AAYDA rəhbəri Vüsal Nəsirlinin məsələyə münasibət bildirəcəyi gözlənilir.

Məsələ ilə bağlı rəsmi quruma sorğu göndərilsə də, hələ ki cavab verilməyib.

Həmçinin adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki yazı

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

Növbəti yazı

Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı

Bənzər Xəbərlər

Tanınmış ekspertlər AQC-ni seçdi
Sosial

Tanınmış ekspertlər AQC-ni seçdi

13.Mar.26 /17:27
Azərbaycan MN: Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır
Hərbi

Azərbaycan MN: Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır

13.Mar.26 /17:26
Deputat bahalaşmadan GİLEYLƏNDİ - Hər qurum 50-100 hektar...
Sosial

Deputat bahalaşmadan GİLEYLƏNDİ - Hər qurum 50-100 hektar...

13.Mar.26 /17:20
İlber Ortaylı vəfat etdi
Dünya

İlber Ortaylı vəfat etdi

13.Mar.26 /16:52
TƏBİB-in keçmiş rəhbərliyi ilə bağlı sensasion iddialar: xarici səfərlər və gizli məlumatlar
Sosial

TƏBİB-in keçmiş rəhbərliyi ilə bağlı sensasion iddialar: xarici səfərlər və gizli məlumatlar

13.Mar.26 /16:42
Nahid Canbaxışlı haqqında - ŞƏMSİ QOCA YAZIR
Gündəm

Nahid Canbaxışlı haqqında - ŞƏMSİ QOCA YAZIR

13.Mar.26 /16:39
“Hər yol keçənə görə maşın saxlamaq vaxt alır, 8-10 nəfər toplaşsın...”
Sosial

“Hər yol keçənə görə maşın saxlamaq vaxt alır, 8-10 nəfər toplaşsın...”

13.Mar.26 /16:20
Başqa klinikada analiz verdiyi üçün pasiyentə baxılmadı — "Real" Tibb Mərkəzindən şikayət
Sosial

Başqa klinikada analiz verdiyi üçün pasiyentə baxılmadı — "Real" Tibb Mərkəzindən şikayət

13.Mar.26 /16:11
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
Sosial

Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı

13.Mar.26 /16:09

XƏBƏR LENTİ

Tanınmış ekspertlər AQC-ni seçdi

Tanınmış ekspertlər AQC-ni seçdi

13 Mart, 26 / 17:27
Azərbaycan MN: Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır

Azərbaycan MN: Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır

13 Mart, 26 / 17:26
Deputat bahalaşmadan GİLEYLƏNDİ - Hər qurum 50-100 hektar...

Deputat bahalaşmadan GİLEYLƏNDİ - Hər qurum 50-100 hektar...

13 Mart, 26 / 17:20
İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

13 Mart, 26 / 16:52
TƏBİB-in keçmiş rəhbərliyi ilə bağlı sensasion iddialar: xarici səfərlər və gizli məlumatlar

TƏBİB-in keçmiş rəhbərliyi ilə bağlı sensasion iddialar: xarici səfərlər və gizli məlumatlar

13 Mart, 26 / 16:42
Nahid Canbaxışlı haqqında - ŞƏMSİ QOCA YAZIR

Nahid Canbaxışlı haqqında - ŞƏMSİ QOCA YAZIR

13 Mart, 26 / 16:39
“Hər yol keçənə görə maşın saxlamaq vaxt alır, 8-10 nəfər toplaşsın...”

“Hər yol keçənə görə maşın saxlamaq vaxt alır, 8-10 nəfər toplaşsın...”

13 Mart, 26 / 16:20
Başqa klinikada analiz verdiyi üçün pasiyentə baxılmadı — "Real" Tibb Mərkəzindən şikayət

Başqa klinikada analiz verdiyi üçün pasiyentə baxılmadı — "Real" Tibb Mərkəzindən şikayət

13 Mart, 26 / 16:11
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı

Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı

13 Mart, 26 / 16:09
AAYDA-da ciddi yeyinti qalmaqalı – Musayev və Nehmətov haqqında sensasion iddialar

AAYDA-da ciddi yeyinti qalmaqalı – Musayev və Nehmətov haqqında sensasion iddialar

13 Mart, 26 / 16:04
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.