• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Yağışlara təslim olan Bakı: Nə etməliyik?

29 Mart, 26 / 15:11
A A
Yağışlara təslim olan Bakı: Nə etməliyik?

Son günlər Bakı və Abşeron yarımadası ərazisində müşahidə olunan aramsız və intensiv yağışlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Küçələrin su altında qalması, nəqliyyatın iflic olması və infrastruktur problemləri bir daha göstərdi ki, şəhər bu cür iqlim hadisələrinə tam hazır deyil.

Lakin məsələyə yalnız problem prizmasından yanaşmaq doğru olmaz. Əslində, bu yağıntılar düzgün idarə olunduğu təqdirdə qiymətli su resursuna çevrilə bilər.

Meteoroloji müşahidələrə əsasən, Bakıda bəzi günlərdə yağıntının miqdarı 24 saat ərzində 40–70 mm-ə çatır. Martın 27-də isə bu göstərici 120 mm təşkil edib ki, bu da aylıq normanın 508 faizinə bərabərdir. Bu həcm qısa müddətdə şəhərə düşən son dərəcə böyük su kütləsi deməkdir.

Aparılan hesablamalara görə, 120 mm yağıntı 1 kvadrat metr sahəyə 0.12 kubmetr su deməkdir. Təxmini hesablamalara əsasən, təkcə bir gün ərzində Bakıya 255.6 milyon kubmetr, Abşeron yarımadasına isə 240 milyon kubmetr yağış suyu düşüb və bu suyun böyük hissəsi istifadə olunmadan birbaşa Xəzər dənizinə axıdılıb.

Maraqlıdır ki, dünyada Bakıya nisbətən qat-qat çox yağıntı alan şəhərlər mövcuddur və bu şəhərlərdə yağış suları ilə bağlı ciddi problemlər müşahidə edilmir. Məsələn, Tokyo şəhərində illik yağıntının miqdarı 1500–1600 mm təşkil edir. Bu isə Bakının illik göstəricisindən təxminən 5–7 dəfə çoxdur. Buna baxmayaraq, Tokioda güclü yağışlar nadir hallarda genişmiqyaslı subasmalara və nəqliyyat iflicinə səbəb olur.

Bunun əsas səbəbi müasir su idarəetmə sistemlərinin tətbiqidir. Bir çox ölkələr artıq yağış sularını itirilən resurs kimi deyil, alternativ su mənbəyi kimi qiymətləndirir.

Dünya təcrübəsi göstərir ki, bu istiqamətdə bir neçə effektiv model mövcuddur:

Yağış suyunun toplanması dünyada ən geniş tətbiq olunan üsullardan biridir və xüsusilə Almaniya, Avstraliya və Hindistan kimi ölkələrdə geniş yayılıb. Bu sistemdə binaların dam örtüklərindən və digər səthlərdən toplanan yağış suyu filtrasiya olunur, xüsusi çənlərdə saxlanılır və sonradan müxtəlif məqsədlər üçün istifadə edilir. Bu su kənd təsərrüfatında suvarma, texniki ehtiyaclar, parkların sulanması, bəzi hallarda isə əlavə təmizləmədən sonra içməli su kimi istifadə olunur. Bu yanaşma həm iqtisadi, həm də suya qənaət baxımından effektiv hesab olunur.

“Süngər şəhər” modeli xüsusilə Çində tətbiq edilir. Bu model çərçivəsində şəhər infrastrukturu elə qurulur ki, yağış suları torpaq tərəfindən udulsun. Yaşıllıq zonaları, parklar və xüsusi örtüklər vasitəsilə suyun yerə hopması təmin edilir və kanalizasiya sisteminə düşən yük azalır. Nəticədə daşqın riski aşağı düşür, şəhər temperaturu azalır və karbon udulması artır.

Yeraltı suyun doldurulması üsulu əsasən Hindistan və Keniya kimi ölkələrdə tətbiq olunur. Bu zaman yağış suları xüsusi quyular vasitəsilə yeraltı su ehtiyatlarına yönləndirilir. Bu, su ehtiyatlarının artırılmasına və quraqlıq risklərinin azaldılmasına xidmət edir.

Kiçik su anbarları və “qum bəndi” texnologiyası isə əsasən Keniya, Efiopiya və Hindistan kimi ölkələrdə geniş yayılıb. Bu sistemdə yağış suları kiçik bəndlərdə saxlanılır və həm kənd təsərrüfatı, həm də içməli su məqsədləri üçün istifadə olunur. Bu texnologiya milyonlarla litr suyun toplanmasına imkan verir.

Şəhər kanalizasiya və inteqrə olunmuş su idarəetmə modeli isə Tokyo, Sinqapur və Rotterdam kimi şəhərlərdə uğurla tətbiq olunur. Bu yanaşmada yağış suları ayrıca sistemlə toplanır, təkrar istifadə olunur və ya təhlükəsiz şəkildə yönləndirilir. Nəticədə daşqın riski azalır və infrastruktur üzərində yük minimuma endirilir.

Bakıda isə əsas problemlərdən biri yağış sularının effektiv idarə olunmamasıdır. Mövcud drenaj (torpaqda və ya tikililərdə toplanan artıq yeraltı və ya yağış sularının süni yollarla (borular, arxlar) ərazidən kənarlaşdırılması sistemidir. Tikililərin bünövrəsini qorumaq, torpağın bataqlaşmasının və eroziyanın qarşısını almaq üçün istifadə olunur – red.) sistemləri çox vaxt intensiv yağıntılara tab gətirmir. Köhnə sistemlər əsasən saatda 10–20 mm yağıntı üçün nəzərdə tutulub, halbuki son illərdə bu göstərici bəzi hallarda 2–3 dəfə artır.

Nəticədə yağış suları ya küçələrdə toplanır, ya da kanalizasiya vasitəsilə dənizə axıdılır. Bu isə həm subasmalara səbəb olur, həm də böyük həcmdə su itkisi ilə nəticələnir.

Digər mühüm problem şəhərsalma ilə bağlıdır.

Şəhər səthinin 70–80 faizi asfalt və beton örtüklə əhatə olunub ki, bu da suyun torpağa hopma imkanını kəskin azaldır.

Mütəxəssislər hesab edirlər ki, vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra addımlar atılmalıdır. Yeni tikilən binalarda yağış suyu toplama sistemlərinin tətbiqi, “süngər şəhər” elementlərinin genişləndirilməsi, keçirici asfalt və yaşıl damların istifadəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda yağış suları üçün ayrıca kanalizasiya sisteminin yaradılması da vacib hesab olunur.

Məlumat üçün qeyd edək ki, son illərdə müşahidə olunan intensiv yağıntılar təsadüfi deyil və qlobal iqlim dəyişiklikləri ilə bağlıdır. Elmi araşdırmalara görə, Yer kürəsində orta temperatur 1.1–1.2°C artıb və atmosfer hər 1°C istiləşdikdə təxminən 7 faiz daha çox su buxarı saxlaya bilir. Bu isə daha intensiv yağıntılara səbəb olur.

Nəticə etibarilə, Bakıda yağan güclü yağışlar yalnız problemlər yaratmır, eyni zamanda böyük imkanlar da təqdim edir. Mövcud rəqəmlər göstərir ki, böyük həcmdə su resursu itirilir. Halbuki bu suyun əhəmiyyətli hissəsini toplamaq və səmərəli istifadə etmək mümkündür.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatının, yağış suyu və çirkab su sistemlərinin yaxşılaşdırılmasına dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkə üzrə 28 yeni su anbarının tikintisi nəzərdə tutulur.

Ziyafət Əlisoy

Əvvəlki yazı

Baş konsulluq: Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır

Növbəti yazı

Rövşən Bağırovun Fəxri Xiyabanda - FOTOSU

Bənzər Xəbərlər

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Sosial

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

02.Apr.26 /12:33
Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ
Sosial

Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ

01.Apr.26 /17:40
Tanınmış Xalq artisti VƏFAT ETDİ
Dünya

Tanınmış Xalq artisti VƏFAT ETDİ

01.Apr.26 /17:39
Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI
Media

Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI

01.Apr.26 /17:33
Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü
Sosial

Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

01.Apr.26 /17:30
Baş nazir həmkarı ilə görüşdü 
Siyasət

Baş nazir həmkarı ilə görüşdü 

01.Apr.26 /17:24
Rusiya Azərbaycana təşəkkür etdi
Manşet

Rusiya Azərbaycana təşəkkür etdi

01.Apr.26 /17:18
İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 
Sosial

İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 

01.Apr.26 /17:15
AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
Sosial

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01.Apr.26 /17:08

XƏBƏR LENTİ

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

02 Aprel, 26 / 12:33
Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ

01 Aprel, 26 / 17:40
Tanınmış Xalq artisti VƏFAT ETDİ

Tanınmış Xalq artisti VƏFAT ETDİ

01 Aprel, 26 / 17:39
Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI

Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI

01 Aprel, 26 / 17:33
Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

01 Aprel, 26 / 17:30
Baş nazir həmkarı ilə görüşdü 

Baş nazir həmkarı ilə görüşdü 

01 Aprel, 26 / 17:24
Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Azərbaycana təşəkkür etdi

01 Aprel, 26 / 17:18
İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 

İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 

01 Aprel, 26 / 17:15
AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01 Aprel, 26 / 17:08
Daha bir icra hakimiyyətində kütləvi ixtisar

Daha bir icra hakimiyyətində kütləvi ixtisar

01 Aprel, 26 / 17:07
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.