• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Bu ərazilərdə yaşayanların DİQQƏTİNƏ: "Kupça" verilə bilər

08 İyun, 26 / 17:06
A A
Bu ərazilərdə yaşayanların DİQQƏTİNƏ: "Kupça" verilə bilər

Azərbaycanda daşınmaz əmlakın sığortalanması məsələsi xüsusilə son illərdə regionlarda tez-tez baş verən sel, daşqın, yanğın və digər təbii fəlakətlərdən sonra sosial-iqtisadi gündəmin ən mühüm mövzularından birinə çevrilib.

Mövzunun aktuallığı Milli Məclis səviyyəsində də qaldırılıb və deputat Razi Nurullayev parlamentdəki çıxışı zamanı İmişli rayonunda hər ay 3-4 evin yanması faktı ilə rastlaşdığını, əmlak sığortasının illik haqqının cəmi 40-50 manat civarında olmasına baxmayaraq vətəndaşların bu xidmətdən istifadə etmədiyini kəskin tənqid edib. Bu mənzərə təbii fəlakət və qəza anlarında ailələrin bütün var-dövlətini itirərək həm özləri üçün faciə yaratmasına, həm də dövlət büdcəsinə əlavə kompensasiya yükü vurmasına səbəb olur.

Sığorta mədəniyyətinin aşağı olması ilə yanaşı, problemin kökündə dayanan əsas sistemli əngəllərdən biri də regionlarda, xüsusən də kənd yerlərində minlərlə yaşayış evinin heç bir hüquqi sənədinin – mülkiyyət hüququnu təsdiq edən çıxarışın (“kupça”) olmamasıdır. Çünki mövcud qanunvericiliyə görə, sənədsiz daşınmaz əmlakın icbari və ya könüllü sığortalanması hüquqi cəhətdən qeyri-mümkündür və bu səbəbdən kənd evlərinə kütləvi çıxarışların verilməsi mexanizmi məsələnin yeganə köklü həll yolu kimi çıxış edir.

Medialive.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə ekspert Camal Abuşov qeyd edib ki, kənd yerlərində əmlak sığortasının tətbiqini genişləndirmək üçün ilk növbədə sənədləşmə sahəsində uzun illərdir yığılıb qalan rəsmi və hüquqi maneələr birdəfəlik aradan qaldırılmalıdır: “Əmlakın icbari sığortası haqqında qanunun tələblərinin işləməsi birbaşa daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmasından asılıdır. Biz bu gün kənddə yaşayan vətəndaşdan qanun çərçivəsində sığorta tələb edirik, lakin unuduruq ki, rayonlarda, kənd icmalarında bəlkə də evlərin 70-80 faizinin heç bir rəsmi çıxarışı yoxdur. Bu binaların böyük hissəsi sovet dönəmində, kolxoz və sovxozların mövcud olduğu vaxtlarda və ya 1990-cı illərin xaotik torpaq islahatları zamanı kənd sovetlərinin daxili qərarları ilə inşa edilib. Ortada bələdiyyə qərarı və ya sadə bəyan sənədindən başqa reyestr çıxarışı olmadığı üçün sığorta şirkətləri də həmin əmlakları qanuni olaraq sığortalaya bilmirlər. Bu xaosun qarşısını almaq üçün dövlət tərəfindən regionlardakı sənədsiz evlərə yönəlik genişmiqyaslı ‘əmlak amnistiyası’ elan olunmalı, sadələşdirilmiş və güzəştli prinsiplərlə kənd evlərinə kütləvi çıxarışların verilməsi prosesi təcili reallaşdırılmalıdır”.

Onun sözlərinə görə, çıxarışların verilməsi mexanizmində bələdiyyələrin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin birgə koordinasiyalı fəaliyyəti təmin olunmalı və vətəndaşın üzərinə düşən rüsum yükü minimuma endirilməlidir: “Kənd yerlərində əhalinin rəsmi gəlirlərini nəzərə alsaq, sənədləşmə prosesinin baha və bürokratik olması kütləvi söküntü və ya imtina qorxusu yaradır. Çıxarış verilməsi üçün kənd evlərinin inventarlaşdırılması dövlət hesabına həyata keçirilməli, fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinin təyinatı məsələsinə çevik yanaşılmalıdır. Əgər bir vətəndaş pay torpağında və ya kənd təsərrüfatı təyinatlı sahədə 20-30 ildir ev tikib yaşayırsa, onun torpağının kateqoriyası avtomatik olaraq ‘yaşayış məntəqələrinin torpaqları’ statusuna keçirilməli və çıxarış rəsmiləşdirilməlidir. Yalnız kənd sakini əlində qanuni ‘kupça’sını gördükdən sonra, illik cəmi 40-50 manat ödəyərək əmlakını sığortalamağa maraqlı olacaq. Bu addım həm regionlarda daşınmaz əmlak bazarını leqallaşdırar və canlandırar, həm icbari sığorta fonduna milyonlarla manat daxili vəsaitin cəlb olunmasını təmin edər, həm də təbii fəlakətlər zamanı vətəndaşın və dövlətin maddi təhlükəsizlik sığortasına çevrilər”.

Əvvəlki yazı

Əsmər Əliyeva vəzifəsindən azad edildi

Növbəti yazı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı - Sərəncam

Bənzər Xəbərlər

Gəncədə taksilər "Bolt"dan narazılıq edir - Sürücülər etiraza başladı - VİDEO - YENİLƏNİB
Gündəm

Gəncədə taksilər "Bolt"dan narazılıq edir - Sürücülər etiraza başladı - VİDEO - YENİLƏNİB

11.İyn.26 /18:41
Goranboyda məmur vətəndaşa qarşı özbaşınalıq edib? - “Dedi ki, get, kimə istəyirsən şikayət et"
Sosial

Goranboyda məmur vətəndaşa qarşı özbaşınalıq edib? - “Dedi ki, get, kimə istəyirsən şikayət et"

11.İyn.26 /18:16
Sertifikatı ləğv edilən tanınmış cərrah Prezidentə müraciət etdi - VİDEO
Sosial

Sertifikatı ləğv edilən tanınmış cərrah Prezidentə müraciət etdi - VİDEO

11.İyn.26 /15:57
Bu halda pensiya verilməyəcək — BİLMƏLİ OLDUĞUNUZ DETAL
Sosial

Bu halda pensiya verilməyəcək — BİLMƏLİ OLDUĞUNUZ DETAL

10.İyn.26 /18:40
Təqaüdçülərə ŞAD XƏBƏR - Birbank-dan sevindirici YENİLİK
İqtisadiyyat

Təqaüdçülərə ŞAD XƏBƏR - Birbank-dan sevindirici YENİLİK

10.İyn.26 /18:36
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat

Azərbaycan əhalisinin gəlirləri artıb

10.İyn.26 /18:34
Ramiz Mehdiyevlə bağlı QƏRAR VERİLDİ
Gündəm

Ramiz Mehdiyevlə bağlı QƏRAR VERİLDİ

10.İyn.26 /18:33
Ramiz Mehdiyevdən alimə təhdid - Bir də adını çəksə...
Sosial

Ramiz Mehdiyevdən alimə təhdid - Bir də adını çəksə...

10.İyn.26 /17:55
Anna Akopyan haqqında şok məlumatlar yayıldı: Guya Türkiyədən...
Dünya

Anna Akopyan haqqında şok məlumatlar yayıldı: Guya Türkiyədən...

10.İyn.26 /17:45

XƏBƏR LENTİ

Gəncədə taksilər "Bolt"dan narazılıq edir - Sürücülər etiraza başladı - VİDEO - YENİLƏNİB

Gəncədə taksilər "Bolt"dan narazılıq edir - Sürücülər etiraza başladı - VİDEO - YENİLƏNİB

11 İyun, 26 / 18:41
Goranboyda məmur vətəndaşa qarşı özbaşınalıq edib? - “Dedi ki, get, kimə istəyirsən şikayət et"

Goranboyda məmur vətəndaşa qarşı özbaşınalıq edib? - “Dedi ki, get, kimə istəyirsən şikayət et"

11 İyun, 26 / 18:16
Sertifikatı ləğv edilən tanınmış cərrah Prezidentə müraciət etdi - VİDEO

Sertifikatı ləğv edilən tanınmış cərrah Prezidentə müraciət etdi - VİDEO

11 İyun, 26 / 15:57
Bu halda pensiya verilməyəcək — BİLMƏLİ OLDUĞUNUZ DETAL

Bu halda pensiya verilməyəcək — BİLMƏLİ OLDUĞUNUZ DETAL

10 İyun, 26 / 18:40
Təqaüdçülərə ŞAD XƏBƏR - Birbank-dan sevindirici YENİLİK

Təqaüdçülərə ŞAD XƏBƏR - Birbank-dan sevindirici YENİLİK

10 İyun, 26 / 18:36
Azərbaycan əhalisinin gəlirləri artıb

Azərbaycan əhalisinin gəlirləri artıb

10 İyun, 26 / 18:34
Ramiz Mehdiyevlə bağlı QƏRAR VERİLDİ

Ramiz Mehdiyevlə bağlı QƏRAR VERİLDİ

10 İyun, 26 / 18:33
Ramiz Mehdiyevdən alimə təhdid - Bir də adını çəksə...

Ramiz Mehdiyevdən alimə təhdid - Bir də adını çəksə...

10 İyun, 26 / 17:55
Anna Akopyan haqqında şok məlumatlar yayıldı: Guya Türkiyədən...

Anna Akopyan haqqında şok məlumatlar yayıldı: Guya Türkiyədən...

10 İyun, 26 / 17:45
Bu ərazilərdə QAZ OLMAYACAQ

Bu ərazilərdə QAZ OLMAYACAQ

10 İyun, 26 / 17:42
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.