Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Medialive.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 815 ədəd çətənə kolu məhv edilib.




















