“SpaceX” şirkəti süni intellekt əsaslı kodlaşdırma sahəsində mühüm addım atıb.
Medialive.az xəbər verir ki, şirkət ABŞ-nin San-Fransisko şəhərində yerləşən süni intellektlə işləyən kodlaşdırma köməkçisi Cursor-un inkişaf etdiricisi olan Anysphere şirkətini 60 milyard dollara alacaq.
Satınalmanın 2026-cı ilin payızında başa çatdırılması planlaşdırılır. Şirkət bu addımla həm sürətlə rəqəmsallaşan texnologiya dünyasına uyğunlaşmağı, həm də inkişaf edən süni intellektlə işləyən proqram təminatı bazarında daha güclü mövqe qazanmağı hədəfləyir.
Bu qərar “SpaceX”in Nasdaq birjasında siyahıya alınmasından bir neçə gün sonra verilib.
Qeyd edək ki, Cursor, OpenAI və Anthropic ilə birlikdə, kodlaşdırma prosesini avtomatlaşdırmaq üçün süni intellektdən istifadə edərək tərtibatçıları cəlb edən azsaylı Silikon Vadisi startaplarından biridir.




















