Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub.
Medialive.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib. Vüqar Məhərrəmov öz ərizəsinə əsasən, tutduğu vəzifəsindən azad edilib və təqaüdə göndərilib.
Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.(Qaynarinfo)





















