Dünən Fransanın paytaxtı Parisdə dünyaca məşhur Luvr muzeyindən oğurluq edilib.
Medialive xarici mətbuata istinadən xəbər verir ki, cəmi 7 dəqiqə davam edən oğurluq beynəlxalq mətbuatda gündəmə çevrilib.
Prokurorluq oğurlanmış zinət əşyalarından birinin, III Napoleonun həyat yoldaşı İmperator Yevgeninin tiarasının muzeyin qarşısında zədələnmiş halda tapıldığını təsdiqləyib. Onlar elan ediblər ki, oğurluğun baş verdiyi kupedə mahiyyəti barədə ətraflı məlumat vermədikləri daha bir neçə daş-qaş tapılıb.
Medianın diqqətini çəkən isə muzeyin təhlükəsizlik tədbirləri ilə bağlı olub.
Qeyd edək ki, hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin sərgiləndiyi Luvr Muzeyində tac zinətlərinin nümayiş olunduğu Apollon Qalereyasından dünən doqquz qiymətli sənət əsəri oğurlanıb. Oğurluq cəmi yeddi dəqiqə davam edib.




















