HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları iki israilli məhbusun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.
Medialive xəbər verir ki, bunu İsrail hökuməti açıqlayıb.
Belə ki, israilli məhbusların cəsədlərinin Qəzzada İsrail qüvvələrinə təhvil veriləcəyi bildirilib.
Qeyd edək ki, HƏMAS daha əvvəl 14 məhbusun cəsədini İsrailə təhvil vermişdi.
İsrail isə HƏMAS-ın əlində olan bütün cəsədləri təhvil vermədiyini iddia edib.




















