Uşaqlıqda tütündən istifadə etmək erkən ürək çatışmazlığı və ani ölümə yol aça bilər.
Medialive xəbər verir ki, bu barədə “Trends in Cardiovascular Medicine” jurnalında araşdırma dərc edilib.
ABŞ, Böyük Britaniya və Finlandiyadan olan tədqiqatçılar tərəfindən aparılan araşdırmanın müəllifləri vurğulyıblar ki, tütünün böyüməkdə olan bədənə və ürəyə təsirləri hələ klinik simptomlar görünməzdən əvvəl struktur və funksional zədələrə səbəb olur.
Məlumata görə, uşaqlarda və yeniyetmələrdə siqaret çəkmək və ya siqaret çəkənlərin yanında olmaq, hətta həyatın erkən çağlarında da ürək-damar sisteminin mənfi nəticələri riskini əhəmiyyətli dərəcədə artırır. Məsələn, siqaret çəkməyə başlayan və ya tüstüyə məruz qalan uşaqlarda 40-50 yaşlarında ürək çatışmazlığı və ani ürək ölümü riski arta bilir.
Bununla belə, orta yaşda siqaretdən imtina ölüm riskini əhəmiyyətli dərəcədə azaldır, lakin onilliklər sonra ürək çatışmazlığının inkişaf riskini tamamilə aradan qaldırmır.
Araşdırmaçılar qeyd edirlər ki, bu prosesin patofiziologiyası metabolik pozğunluqları əhatə edir — siqaret çəkmək əzələ kütləsinin azalmasına və zərərli maddələrin yığılmasına gətirib çıxarır, oturaq həyat tərzi və əlverişsiz qidalanma ilə birləşir ki, bu da pis dövranı yaradır və ürəyin zədələnməsini sürətləndirir.
Yeniyetmələr arasında elektron siqaretdən istifadənin sürətlə artması da narahatedicidir ki, bu da onları ənənəvi siqaret çəkməyə başlamağa daha həssas edir.
Bu məlumatlara əsaslanaraq tədqiqatçılar vurğulayırlar ki, indiki və gələcək nəsillərin ürək sağlamlığını qorumaq üçün ən təsirli strategiyalar uşaqlıqda siqaretə başlamağın qarşısını almaq, fiziki aktivliyi təşviq etmək və nikotin məhsullarına çıxışı məhdudlaşdırmaqdır.




















