Ukraynanın bəzi əraziləri kütləvi hava hücumlarına məruz qalıb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
O, hava hücumlarına görə Rusiyanı günahlandırıb.
Zərbələr nəticəsində 6 nəfərin ölüb, 17 nəfərin yaralanıb.
Təsirə məruz qalan şəhərlər Kiyev, Zaporojjya, Odessa, Çerniqov, Dnepropetrovsk, Kirovohrad, Poltava, Vinnitsa, Çerkassı və Sumi olub.




















