Tacikistan hökuməti 4000-dən çox tələbənin terror təşkilatlarına qoşulmasının qarşısını almaq üçün onları vətənə qaytarıb.
Medialive xəbər verir ki, bunu Düşənbədə “MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə” üzrə üçüncü konfransında çıxışı zamanı Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov deyib.




















