• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

"19-cu sanksiya paketinin Rusiyanı dərhal zəiflətməsi real görünmür" - Deputat

23 Oktyabr, 25 / 14:56
A A
"19-cu sanksiya paketinin Rusiyanı dərhal zəiflətməsi real görünmür" - Deputat

“Rusiyaya qarşı tətbiq edilən çoxsaylı sanksiyalar Qərbin Moskva üzərində iqtisadi və siyasi təzyiq mexanizminin əsas alətinə çevrilib. Bu sanksiyaların məqsədi Rusiyanın iqtisadi dayanıqlığını sarsıtmaq, maliyyə imkanlarını məhdudlaşdırmaq və nəticə etibarilə Kreml rəhbərliyini xarici siyasət kursunu dəyişməyə məcbur etmək idi. Lakin illər ərzində baş verən proseslər göstərir ki, gözlənilən nəticə əldə olunmayıb. Əksinə, bəzi sahələrdə sanksiyalar Rusiyanın daxili istehsalını stimullaşdıraraq onun iqtisadi müstəqilliyini müəyyən qədər möhkəmləndirib”.

Bu fikirləri Medialive-yə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Qərbin Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, 2022-ci ildən Rusiyaya qarşı sanksiyaların miqyası artıb, lakin bu Rusiyanın iqtisadi sistemini çökdürə bilməyib:

“2014-cü ildə Krımın ilhaqından sonra tətbiq olunan ilk sanksiyalar Rusiyanın idxaldan asılı iqtisadi modelini sarsıtsa da, eyni zamanda “idxal əvəzləmə” siyasətinə keçid üçün impuls rolunu oynayıb. Qərb məhsullarının bazardan çəkilməsi nəticəsində yerli istehsalçılar yeni imkanlar qazandıblar, kənd təsərrüfatı və ərzaq sənayesi sürətlə inkişaf etməyə başlayıb. 2022-ci ildə Ukraynaya qarşı hərbi əməliyyatların genişlənməsi fonunda sanksiyaların miqyası artıb, lakin bu da Rusiyanın iqtisadi sistemini çökdürə bilməyib. Əksinə, Moskva vəziyyətdən çıxış yolları axtararaq Asiya və Yaxın Şərq ölkələri ilə ticarət əlaqələrini gücləndirib, enerji ixracının istiqamətini dəyişib və yerli istehsalın genişləndirilməsinə xüsusi diqqət yetirib”.

Deputat qeyd edib ki, hazırkı sanksiya paketi yüksək texnologiya, enerji gəlirləri və maliyyə əməliyyatları sahələrinə yönəlib:

“Hazırda gündəmdə olan on doqquzuncu sanksiya paketi daha çox yüksək texnologiya, enerji gəlirləri və maliyyə əməliyyatları sahələrinə yönəlib. Qərb ölkələri bu yolla Rusiyanın hərbi-sənaye kompleksini zəiflətməyi və büdcə gəlirlərini azaltmağı hədəfləyir. Lakin mövcud təcrübə göstərir ki, bu sanksiyaların da dərhal gözə çarpan nəticələr verməsi çətin olacaq. Rusiya artıq uzun illərdir məhdudiyyətlər şəraitində işləməyi öyrənib və yeni iqtisadi şərtlərə uyğunlaşmaq üçün alternativ mexanizmlər formalaşdırıb. Çin, Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə genişlənən ticarət əlaqələri Rusiyanın Qərb iqtisadiyyatlarından asılılığını azaldıb”.

Parlamentari əlavə edib ki, enerji sektorunda əldə olunan gəlirlər Rusiyanın iqtisadi sabitliyinin əsas dayağı olaraq qalır:

“Digər tərəfdən, enerji sektorunda əldə olunan gəlirlər hələ də Rusiyanın iqtisadi sabitliyinin əsas dayağı olaraq qalır. Neft və qaz ixracı istiqamətlərinin Asiya bazarlarına yönəldilməsi Qərb embarqosunun təsirini qismən kompensasiya edir. Bununla yanaşı, dövlətin aktiv şəkildə dəstəklədiyi sənaye və texnologiya proqramları da daxili istehsalın artmasına və müəyyən texnoloji boşluqların aradan qaldırılmasına xidmət edir. Bununla belə, Rusiyanın iqtisadi inkişafında uzunmüddətli risklər qalmaqdadır. Qərb texnologiyalarına çıxışın məhdudlaşdırılması mikroelektronika, aviasiya və süni intellekt kimi strateji sahələrin inkişafını ləngidir. Maliyyə resurslarının məhdudluğu, xarici investisiyaların azalması və yüksək səviyyəli avadanlıqlara çıxışın olmaması orta və uzun perspektivdə iqtisadi artım tempini ciddi şəkildə zəiflədə bilər”.

E. Mirzəbəyli sonda bildirib ki, on doqquzuncu sanksiya paketinin Rusiyanı dərhal zəiflətməsi real görünmür:

“Bütövlükdə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qısa müddətdə onun iqtisadi sistemini sarsıtmaq əvəzinə, müəyyən sahələrdə dirəniş mexanizmlərinin yaranmasına gətirib çıxarıb. Moskva bu məhdudiyyətləri daxili istehsalın gücləndirilməsi və yeni bazarların tapılması üçün fürsət kimi qiymətləndirib. Bununla belə, sanksiyalar uzunmüddətli dövrdə Rusiya iqtisadiyyatının modernləşmə imkanlarını məhdudlaşdırır və onun texnoloji asılılığını dərinləşdirir. Beləliklə, on doqquzuncu sanksiya paketinin Rusiyanı dərhal zəiflətməsi real görünmür, lakin bu prosesin uzunmüddətli nəticələri ölkə iqtisadiyyatına ciddi təzyiqlər yarada bilər”.

Mikayıl Mirzəzadə

Əvvəlki yazı

Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi

Növbəti yazı

Bu avtobuslarda gediş haqqı artırılacaq - Tarix açıqlandı

Bənzər Xəbərlər

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI
İdman

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24.İyn.26 /17:01
"Zevs"in qardaşına hökm oxundu
Sosial

"Zevs"in qardaşına hökm oxundu

24.İyn.26 /16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Sosial

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.İyn.26 /16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi
Sosial

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24.İyn.26 /16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
Sosial

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.İyn.26 /16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
Gündəm

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24.İyn.26 /16:41
Şahin Bayramovdan yeni təyinat
Sosial

Şahin Bayramovdan yeni təyinat

24.İyn.26 /16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR
İqtisadiyyat

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24.İyn.26 /16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO
Sosial

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.İyn.26 /16:31

XƏBƏR LENTİ

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24 İyun, 26 / 17:01
"Zevs"in qardaşına hökm oxundu

"Zevs"in qardaşına hökm oxundu

24 İyun, 26 / 16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24 İyun, 26 / 16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24 İyun, 26 / 16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24 İyun, 26 / 16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24 İyun, 26 / 16:41
Şahin Bayramovdan yeni təyinat

Şahin Bayramovdan yeni təyinat

24 İyun, 26 / 16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24 İyun, 26 / 16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24 İyun, 26 / 16:31
Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

24 İyun, 26 / 16:28
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.