“Aİ sanksiyalarının Rusiya turizminə ciddi təsiri olmayacaq”.
Medialive TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Mixail Mişustinin müavini Dmitri Çernışenko deyib.
O qeyd edib ki, Avropa İttifaqından mütəşəkkil turistlər praktiki olaraq yoxdur.
Çernışenko əlavə edib ki, Avropa ölkələrinin sakinləri Rusiyaya səyahət etməyi çox sevirlər:
“Ona görə də, əgər ayrı-ayrı avropalı turistlər Rusiyaya gəlmək istəsələr, əminəm ki, bizim turizm şirkətlərimiz onlara burada maraqlı və rahat istirahət təşkil etməkdə köməklik etmək üçün bir yol tapacaqlar”.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya yeni sanksiya paketi tətbiq edib.




















