Qəzza zolağının səhiyyə sisteminin bərpası ən azı 7 milyard dollar təşkil edəcək.
Medialive xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun deyib.
O qeyd edib ki, təşkilat əvvəllər 41 xəstə və 145 onu müşayiət edən şəxsin bir neçə ölkəyə təxliyəsinə yardım edib.
“Lakin hələ də Qəzzadan kənarda müalicəyə ehtiyacı olan 15 min xəstə, o cümlədən 4 min uşaq var”, – ÜST rəhbəri izah edib.
Baş direktor xatırladıb ki, Qəzzada 700-dən çox insan təxliyyə gözləyərkən həlak olub.




















