““Tramp yolu” Gümrüyə çatmasa, mənasını itirər”.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Tramp yolu Ermənistana daxil olmayacaqsa, mənasız sayılacaq:
“Yəni şərqdən hərəkəti təsvir etsək, Ermənistana daxil deyilsə, Ermənistanın cənubundan keçirsə, dəmir yolu Ermənistanın cənubuna giribsə, Ermənistandan keçibsə, Naxçıvana girib, İcevandan davam edib Yerasxdan keçib, yenə də Ermənistanın harasa bir yerə çatırsa, bunun mənası yoxdur”.
“Mən bu fərziyyələrin arxasında nə olduğunu başa düşürəm, guya Azərbaycan o yoldan istifadə etməyə başlayacaq və sonra bizə qalanını işlətməyə imkan verməyəcək. Bütün bunların əsasında qarşılıqlı fayda dayanır, bunların hamısının zəmanəti, bunu mümkün edəcək mexanizmi var. Bizə belə lazımdır, onlara da lazımdır” – deyə nazir qeyd edib.




















