• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025” təqdim olunub - FOTOLAR

27 Oktyabr, 25 / 20:35
A A
“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025” təqdim olunub - FOTOLAR

27 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025”in təqdimat mərasimi keçirilib.

Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Mərasim “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra rəsmi çıxışlar dinlənilib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan dövlətinin qadınların və qızların təhsilinə göstərdiyi diqqətin ölkənin sosial və iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. B.Muradova qeyd edib ki, xalqımızın uzun illər boyu yaratdığı ənənələr bu gün də davam etdirilir. Dövlətimizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil, mədəniyyət və humanitar sahələrə göstərdiyi diqqətinin nəticəsidir.

Komitə sədri təşkilatçılar və tərəfdaşlarla birgə, həmçinin milli sahibkarların dəstəyi ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin artıq 5 ildir icra olunduğunu və bu müddətdə 238 gənc qızın proqramdan yararlandığını deyib. Eyni zamanda layihənin daha çox gənc qız arasında populyarlaşdığı və ölkənin bütün regionlarından müraciətlərin daxil olduğunu vurğulayan sədr, iştirakçıların ölkəmizin 57 rayonunu və 16 şəhərini təmsil etdiyini diqqətə çatdırıb.

B.Muradova, layihə təqaüdçüləri arasında mühəndislik, texnologiya və informasiya elmləri sahələrinə qəbul olanların sayının xeyli artdığını söyləyib. Bildirib ki, qızların kompüter, neft-qaz, informasiya təhlükəsizliyi, data analitikası və kimya mühəndisliyi kimi ixtisasları seçməsi cəmiyyətimizdə qeyri-ənənəvi peşələrə gənclərin, xüsusilə qızların cəlb olunmasında uğurlu nəticələrin göstəricisidir.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qadınların cəmiyyətdə rolunun onların təhsildə inkişafı ilə sıx bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, qızların təhsilə cəlb olunması yalnız fərdi deyil, həm də ictimai maraqlara xidmət edir və bu istiqamətdə atılan addımlar güclü gələcəyin əsasını qoyur. O, ali təhsilli qadınların sayının artmasının uşaqların təhsilinə, gələcək inkişafına, eləcə də cəmiyyətin və ölkənin tərəqqisinə müsbət təsir göstərdiyini söyləyib.

Təhsilin İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı bildirib ki, bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” çərçivəsində 93 tələbə qız təqaüd dəstəyi almaq imkanı əldə edib. O, layihənin icrası dövründə ümumilikdə 300-ə yaxın tələbənin bu proqramda iştirak etdiyini deyib. Əlavə edib ki, indiyədək Fond tərəfindən həyata keçirilən təqaüd proqramlarına 3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu

layihələrdə iştirak edib. İ. Bayramlı, Fondun bu təşəbbüsünü həm strateji bir hədəf, həm də böyük məsuliyyət kimi qiymətləndirildiyinu vurğulayıb.

Mərasimdə təqaüd proqramının iştirakçısı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Duyğu Əsgərli də çıxış edərək layihənin gənc qızların təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Proqram çərçivəsində qazandığı bilik və təcrübələrdən bəhs edib, təşkilatçılara təşəkkürünü bildirib.

Mərasimdə təqaüd proqramına seçilən tələbələrə sertifikatlar təqdim olunub və bədii hissə ilə tədbirə yekun vurulub.

Qeyd edək ki, təqaüd proqramının məqsədi həssas təbəqədən olan, eyni zamanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənc qızların təhsilinə dəstək vermək, onların sosial rifahına və elmi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində seçilən tələbələrə aylıq təqaüdlər təqdim olunacaq.

Əvvəlki yazı

1 trilyon dollarlıq təklif - Tesla Mask üçün səhmdarlara çağırış etdi

Növbəti yazı

"Nə qədər ki, Orban baş nazir olacaq, Ukrayna Aİ-yə daxil olmayacaq" - Siyarto

Bənzər Xəbərlər

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI
İdman

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24.İyn.26 /17:01
"Zevs"in qardaşına hökm oxundu
Sosial

"Zevs"in qardaşına hökm oxundu

24.İyn.26 /16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Sosial

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.İyn.26 /16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi
Sosial

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24.İyn.26 /16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
Sosial

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.İyn.26 /16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
Gündəm

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24.İyn.26 /16:41
Şahin Bayramovdan yeni təyinat
Sosial

Şahin Bayramovdan yeni təyinat

24.İyn.26 /16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR
İqtisadiyyat

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24.İyn.26 /16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO
Sosial

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.İyn.26 /16:31

XƏBƏR LENTİ

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24 İyun, 26 / 17:01
"Zevs"in qardaşına hökm oxundu

"Zevs"in qardaşına hökm oxundu

24 İyun, 26 / 16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24 İyun, 26 / 16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24 İyun, 26 / 16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24 İyun, 26 / 16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24 İyun, 26 / 16:41
Şahin Bayramovdan yeni təyinat

Şahin Bayramovdan yeni təyinat

24 İyun, 26 / 16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24 İyun, 26 / 16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24 İyun, 26 / 16:31
Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

24 İyun, 26 / 16:28
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.