• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Vüqar Rəhimzadə Ramiz Mehdiyevi kiçiltdi - YAP-çı deputatdan hərfi qisas

28 Oktyabr, 25 / 12:49
A A
Vüqar Rəhimzadə Ramiz Mehdiyevi kiçiltdi - YAP-çı deputatdan hərfi qisas

Milli Məclisin YAP-dan olan deputatı Vüqar Rəhimzadə rəhbərlik etdiyi ikisahil.az saytında son günlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən siyasi qalmaqala münasibət bildirib. O, açıqlamasında radikal müxalifət və R.Mehdiyevi işbirliyində günahlandırıb və sərt tənqid edib.

Materialda diqqət çəkən məqamlardan biri də V.Rəhimzadənin Ramiz Mehdiyevin adını kiçik hərflərlə qeyd etməsidir.
Medialive həmin açıqlamanı təqdim edir:
 
“Radikal müxalifətin və ölkəmizin əleyhinə fəaliyyət göstərən dairələrin 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizdən keçən beş il müddətində ölkəmizin maraqlarına qarşı bədnam əməlləri sosial media platformaları üzərində davam edir. Radikal müxalifət yenə də öz ampluasında olaraq xalqın, dövlətin deyil, ölkəmizin güclənməsini, qüdrətlənməsini istəməyən dairələrin maraqlarına xidmət edir. Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən “sapı özümüzdən olan” radikal müxalifət dövlətimizin əleyhinə fəaliyyəti saxta “demokratiya” pərdəsi ilə manipulasiya etməyə çalışırlar. Bu üzüqara işdə “fəal” olan və vaxtilə öz liderinə xəyanət edən AXCP sədri kərimov əlinin xəmiri xəyanətlə yoğrulduğundan bu mərəzindən heç cür vaz keçə bilmir. Ölkəmizin heç bir uğurunu, qələbəsini həzm edə bilməyən kərimov əli üçün Azərbaycana qarşı mübarizə həyat amalına çevrilib. Hər fürsətdə anti-Azərbaycan dairələrin tezislərini, sifarişlərini bu işdə onun şəriki olan antimilli ünsür qənimət zahidin “YouTube” kanalında səsləndirən kərimov əli nə qədər cılız duruma düşdüyünün fərqində deyil. Bəlkə də fərqindədir. Amma xəyanətlə nəfəs aldığından dövlətə, onun maraqlarına qarşı mübarizədən utanmır. Bu xəyanətkar mövqeyinə görə xalqın gözündən o qədər düşüb ki, sosial media platformasından başqa bir yerdə söz deməyə, xəyanətini pərdələdiyi manipulyasiyalarını sırımağa başqa yeri qalmayıb. Xalqımız onu da, şəriklərini də, sifarişlərini yerinə yetirdiyi dairələri də yaxşı tanıyır. Hər fürsətdə ölkəmizdəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa kölgə salmağa çalışan qondarma “Milli Şura”nın qondarma rəhbəri olan cəmil həsənli, fuad qəhrəmanlı, qənimət zahid, sevinc osmanqızı və bu kimi xəyanətkarlar ölkəmizin əleyhinə nə qədər yalan, böhtan kampaniyaları aparsalar da öz çirkin məqsədlərinə nail ola bilmirlər. Çünki xalqımız onları yaxşı tanıyır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, tarixi Qələbəmizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına sevinə bilməyənlərin xalqımızın gözündə heç bir qəpiklik də dəyəri yoxdur. Onlar nə tarixi Zəfərimizi, nə dövlətimizin gücünü, nə də həyata keçirilən uğurlu siyasəti həzm edə bilmirlər. Bu səbəbdəndir ki, Azərbaycanın şərtlərinin qəbul olunduğu sülh müqaviləsinə, Zəngəzur dəhlizinə qarşı çıxırlar. Ümumiyyətlə, ölkəmizin maraqlarına nə uyğundursa, mütləq şəkildə ona qarşı çıxırlar. Bu üzdəniraqlar o qədər marginallaşıb, zombiləşiblər ki, elementar tənqidə belə dözüm göstərə bilmirlər. Sosial media platformasında onların ünvanına adi tənqid səslənən kimi iç üzlərini, əsl riyakar simalarını ortaya qoyurlar. Bəs, harada qaldı söz, fikir azadlığı, tənqidə dözümlülük? Tənqidə dözümlülük göstərə bilmirlər, çünki fəaliyyətlərinin əsasında pozuculuq və avantüra dayanır.
Vüqar Rəhimzadə vurğulayıb ki, istər ölkə daxilində, istərsə də müxtəlif ölkələrdə mühacir adı ilə məskunlaşan anti-milli ünsürlərin sosial media platformaları üzərində həyata keçirdikləri yalan, böhtan kampaniyasının tezisləri onların eyni mərkəzdən və ya mərkəzlərdən idarə olunduqlarını təsdiq edir. Erməni lobbisi və Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən dairələrin pərdə arxasından idarə etdikləri bu qaragüruhçuların bütün fəaliyyətləri ölkəmizin maraqlarına qarşı yönəlib. Müstəqil siyasət həyata keçirərək, beynəlxalq münasibətlər sistemində nüfuzu, qlobal proseslərə təsir imkanları artan güclü, qüdrətli Azərbaycan həmin dairələrin maraqlarına uyğun deyil. Ona görə də öz çirkin niyyətlərini reallaşdırmaq üçün məlum antimilli ünsürlərdən istifadə edirlər. Amma ölkəmizə qarşı həyata keçirilən bu anti-milli fəaliyyət heç bir halda uğur qazana bilməz. Çünki bu ünsürlərin təbliğat kampaniyaları yalan, böhtan, qarayaxma üzərində qurulub. Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur. Çünki ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir. Ulu Öndərin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi nəticəsində indiyədək dövlətimizə və dövlətçiliyimizə qarşı yönələn bütün xəyanətkar planlar ifşa edilmiş və dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alınmışdır və şübhəsiz ki, bundan sonra da alınacaqdır.
Milli Məclisin deputatı vurğulayıb ki, bu günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri ramiz mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi bunun bariz nümunəsidir. Ramiz mehdiyev də daxil olmaqla Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutan, onun sabitliyini, təhlükəsizliyini, nüfuzunu özünün xain xislətinə qurban verməyə cəhd edən heç bir şəxs layiq olduğu cəzadan yayına bilməyəcək. Ramiz mehdiyev, kərimov əli və bu kimi xəyanətkarlar qanunun aliliyi, dövlətin ali iradəsi və qətiyyəti qarşısında iflasa məhkumdurlar”.
Əvvəlki yazı

Prezident İmişlidə açılış etdi - FOTOLAR

Növbəti yazı

Ramiz Mehdiyev villasında iclas zalı yaradıb: 50-60 nəfərlik...

Bənzər Xəbərlər

Sara Əzimovaya yeni vəzifə verildi
Sosial

Sara Əzimovaya yeni vəzifə verildi

29.Apr.26 /12:30
Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE
Sosial

Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

29.Apr.26 /12:19
Pensiyalarla bağlı VACİB XƏBƏR
Sosial

Pensiyalarla bağlı VACİB XƏBƏR

29.Apr.26 /12:16
Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı
Dünya

Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

29.Apr.26 /12:08
“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov
Sosial

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

29.Apr.26 /12:03
İlham Əliyev bu sazişi təsdiq etdi
İlham Əliyev

İlham Əliyev bu sazişi təsdiq etdi

28.Apr.26 /14:36
Bu ölkədə Azərbaycanın sürücülük vəsiqəsi tanınacaq
Sosial

Bu ölkədə Azərbaycanın sürücülük vəsiqəsi tanınacaq

28.Apr.26 /14:26
Vəzifəli şəxs vəfat etdi 
Hadisə

Vəzifəli şəxs vəfat etdi 

28.Apr.26 /14:20
Azərbaycanda gənc müəllim vəfat etdi
Hadisə

Azərbaycanda gənc müəllim vəfat etdi

28.Apr.26 /14:18

XƏBƏR LENTİ

Sara Əzimovaya yeni vəzifə verildi

Sara Əzimovaya yeni vəzifə verildi

29 Aprel, 26 / 12:30
Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

29 Aprel, 26 / 12:19
Pensiyalarla bağlı VACİB XƏBƏR

Pensiyalarla bağlı VACİB XƏBƏR

29 Aprel, 26 / 12:16
Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

29 Aprel, 26 / 12:08
“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

29 Aprel, 26 / 12:03
İlham Əliyev bu sazişi təsdiq etdi

İlham Əliyev bu sazişi təsdiq etdi

28 Aprel, 26 / 14:36
Bu ölkədə Azərbaycanın sürücülük vəsiqəsi tanınacaq

Bu ölkədə Azərbaycanın sürücülük vəsiqəsi tanınacaq

28 Aprel, 26 / 14:26
Vəzifəli şəxs vəfat etdi 

Vəzifəli şəxs vəfat etdi 

28 Aprel, 26 / 14:20
Azərbaycanda gənc müəllim vəfat etdi

Azərbaycanda gənc müəllim vəfat etdi

28 Aprel, 26 / 14:18
Yeni körpülər tikiləcək - SƏRƏNCAM

Yeni körpülər tikiləcək - SƏRƏNCAM

28 Aprel, 26 / 14:15
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.