Barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan Prezident Administrasiyanın (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin bütün fəxri adlar, ordenlər silinib.
Medialive Oxu.az-a istinadən xəbər verir ki, R.Mehdiyevlə bağlı rəsmi portalda axtarış zamanı orden və medallarla bağlı heç bir məlumat tapılmır.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığıqətimkan tədbiri seçilib.




















