Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Prezident Vladimir Putinin oktyabrın 29-da elan etdiyi “Poseydon” nüvə torpedosunun sınağı münasibətilə Rusiyanı təbrik edib.
Medialive xəbər verir ki, bu barədə Medvedev “X” səhifəsində paylaşım edib.
O, xüsusi olaraq Belçikanın müdafiə naziri Teo Frankeni xatırladıb.
Franke əvvəllər Putinin Avropaya hücum etmək üçün yeni silahdan istifadə etməyə cəhd edəcəyi təqdirdə NATO-nun Moskvanı yer üzündən siləcəyini bəyan edib.
Yeni raketin elan edilməsi Donald Trampın mənfi reaksiyasına səbəb olub.
O, bunu uyğunsuzluq adlandıraraq, Putinin silahları sınaqdan keçirməkdənsə, Ukraynada müharibəni bitirmək barədə düşünməli olduğunu qeyd edib və Rusiya sahillərinə göndərilən Amerika nüvə sualtı qayığını xatırladıb.
Lakin Trampın sözlərinin heç bir təsiri olmayıb. Putin “Poseydon” haqqında danışdıqdan sonra Amerika prezidenti Pentaqona digər ölkələrin oxşar hərəkətlərinə görə son 33 ildə ilk dəfə nüvə silahı sınaqlarına dərhal başlamağı əmr edib.
Kreml cavab olaraq Burevestnik və Poseydon sınaqlarının nüvə silahı olmadığına inandırıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bunu bir neçə dəfə təkrarlayıb. 1990-cı illərdə ABŞ və Rusiyanın bu cür sınaqlara qoyduğu moratoriumu xatırladaraq, “Ümid edirik ki, bu məlumat Trampa düzgün çatdırılıb” dedi.




















