• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İlham Əliyev

"Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır"

03 Noyabr, 25 / 14:55
A A
"Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır"
Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır.
Medialive xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.
“Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”, – Prezident İlham Əliyev qeyd edib.
Əvvəlki yazı

Azərbaycan Prezidenti: Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur

Növbəti yazı

İspaniyada tarixində ilk: Baş prokurorun məhkəməsi keçirilir

Bənzər Xəbərlər

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI
İdman

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24.İyn.26 /17:01
"Zevs"in qardaşına hökm oxundu
Sosial

"Zevs"in qardaşına hökm oxundu

24.İyn.26 /16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Sosial

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.İyn.26 /16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi
Sosial

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24.İyn.26 /16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
Sosial

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.İyn.26 /16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
Gündəm

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24.İyn.26 /16:41
Şahin Bayramovdan yeni təyinat
Sosial

Şahin Bayramovdan yeni təyinat

24.İyn.26 /16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR
İqtisadiyyat

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24.İyn.26 /16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO
Sosial

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.İyn.26 /16:31

XƏBƏR LENTİ

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24 İyun, 26 / 17:01
"Zevs"in qardaşına hökm oxundu

"Zevs"in qardaşına hökm oxundu

24 İyun, 26 / 16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24 İyun, 26 / 16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24 İyun, 26 / 16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24 İyun, 26 / 16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24 İyun, 26 / 16:41
Şahin Bayramovdan yeni təyinat

Şahin Bayramovdan yeni təyinat

24 İyun, 26 / 16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24 İyun, 26 / 16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24 İyun, 26 / 16:31
Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

24 İyun, 26 / 16:28
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.