Avstriya quş qripinin intensiv yayılmasının qarşısına almağa görə yüksək riskli rejimə keçib.
Medialive-nin məlumatına görə, bu barədə ORF televiziyası ölkənin Səhiyyə Nazirliyinin müvafiq əmrinə istinadən xəbər verib.
Nazirlikdən bildirilib ki, Avstriyada ilk quş qripi hallarının ardınca bazar ertəsindən etibarən yüksək riskli rejim tətbiq ediləcək, – məlumatda deyilir.
Qeyd edilib ki, rejim çərçivəsində çöl quşları ilə ev quşları arasında təmasın qarşısını almaq, bununla da quş qripinin yerli təsərrüfatlara keçməsinin qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, bu il sentyabrın sonunda Avstriyanın Karintiya əyalətində, oktyabrın əvvəlində isə Aşağı Avstriyada vəhşi quşlarda yüksək patogenli quş qripinə yoluxma halları qeydə alınıb.




















