Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Yerli Xalqları Gününün və Rusiya Federasiyası Xalqlarının Dilləri Gününün təsis edilməsi haqqında fərman imzalayıb.
Medialive xəbər verir ki, bu bayramlar müvafiq olaraq aprelin 30-da və sentyabrın 8-də qeyd olunacaq.
Qeyd edək ki, bir müddət öncə rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi üzrə dövlət siyasətinin həyata keçirilməsi Şurasının iclasında Rusiya lideri şair Rəsul Həmzətovun doğum günündə – sentyabrın 8-də qeyd olunacaq Rusiya Xalqlarının Dilləri Gününün təsis edilməsini təklif edib.




















