Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 22 nəfər, ölənlərin sayı isə 860 nəfərə çatıb.
Medialive xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer açıqlayıb.
Lindmayer bölgədə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və ölənlərin sayının arta biləcəyini bildirib.
Qeyd edək ki, bundan öncə TOLOnews telekanalı 27 nəfərin öldüyünü və 830 nəfərin yaralandığını bildirib.




















