Nyu-Yorkun ilk müsəlman meri seçilən Zöhran Mamdani ABŞ Prezidenti Donald Trampla “döyüş”ə başlayıb.
Medialive Qərb mediasına istinadən xəbər verir ki, o, seçildikdən sonra Trampa atmaca atıb.
“Donald Trampı izlədiyinizi bildiyimə görə sizə iki sözüm var: Səsinizi qaldırın!”- Mamdani qalib elan edildikdən qısa müddət sonra səs-küylü tərəfdar izdihamı qarşısında çıxışı zamanı deyib.
Mamdani çıxışında Trampla mübarizə aparacağına söz verib.
Qeyd edək ki, ABŞ Prezidenti dəfələrlə Mamdaninin namizədliyini tənqid edib, onu antisemitizmdə ittiham edib və onu kommunist adlandırıb.




















