Şimali Koreya Ukraynada xüsusi əməliyyat keçirilən bölgədə yenidənqurma işləri aparmaq üçün Rusiyaya minlərlə hərbçi göndərməyə başlayıb.
Medialive-nin məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən xəbər verib.
Təxminən 5000 Şimali Koreya əsgərinin Rusiyaya gəlməsi gözlənilir.
Onlara infrastrukturun yenidən qurulması tapşırılacaq. Daha 1000 Şimali Koreya əsgəri minaların təmizlənməsində ixtisaslaşacaq.




















