Hizbullah hərəkatı Livan rəhbərliyinə İsraillə siyasi təmaslara girmək imkanını rədd edən mesaj göndərib.
Medialive xəbər verir ki, bu barədə hərəkat teleqram kanalında paylaşım edib.
“Livan İsrailin düşməni ilə onun milli maraqlarına xidmət etməyən və dövlət üçün ekzistensial təhlükə yaradan danışıqlara cəlb edilməməlidir”, – təşkilatın Teleqram kanalında dərc olunan bəyanatda deyilir.
Bildirilib ki, Livan hökuməti təhlükəli tələyə düşməmək üçün ABŞ-nin şantajına boyun əyməməlidir.
“İndi bütün diqqət İsrailə təcavüzkar hərəkətlərini dayandırması və 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasına əməl etməsi üçün təzyiq göstərməyə yönəldilməlidir” – mətndə vurğulanıb.
Qeyd edək ki, noyabrın 4-də Livan Prezidenti Cozef Aun bəyan edib ki, Livan İsraillə münaqişənin həlli üçün diplomatik vasitələrə üstünlük verir və danışıqları işğal olunmuş ərazilərin azad edilməsinə nail olmağın yeganə yolu kimi görür




















