Ekvadorun El Oro əyalətindəki həbsxanada 27 məhbusun cəsədi tapılıb.
Medialive.az xəbər verir ki, yerli medianın məlumatına görə, Azadlıqdan Məhrum Olmuş Şəxslərə və Yetkinlik Yaşına Çatmayan Cinayətkarlara Qayğı üzrə Milli Xidmət (SNAI) 27 məhbusun ölümünü təsdiqləyib və hadisənin əyalətin Maçala şəhərindəki həbsxanada baş verdiyini bildirib.
NAI prokurorluğun məhbusların ölüm səbəbini hərtərəfli araşdırmaq üçün araşdırma başlatdığını açıqlayıb.
Ölümlərin asfiksiya (oksigen çatışmazlığı səbəbindən boğulma) səbəbindən baş verdiyi iddia edilir.
Mələk




















