81 yaşlı Hollivud aktyoru Maykl Duqlas Nyu-Yorkda Perelman İfa Sənətləri Mərkəzində keçirilən tədbirə qatılıb.
Medialive.az xəbər verir ki, o, mavi-sarı rəngli sinə yaylığı taxaraq Ukraynaya dəstəyini nümayiş etdirib.
Tədbirdə aktyorla birlikdə qızı Karis də yer alıb.
Xatırladaq ki, Duqlas Rusiyaya qarşı müharibə zamanı, o cümlədən Kiyevə səfəri zamanı dəfələrlə Ukraynaya dəstəyini ifadə edib və nümayiş etdirib.
Mələk




















