Avropa Komissiyası geosiyasi çağırışlar qarşısında təhlükəsizliyi gücləndirmək üçün ixtisaslaşmış Aİ kəşfiyyat xidmətinin yaradılmasını nəzərdən keçirir.
Medialive xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Biz çətin geosiyasi və geoiqtisadi mühitdəyik və bu kontekstdə Komissiya təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirmək yollarını araşdırır”, – Avropa Komissiyasının sözçüsü qeyd edib.
Daha bir məlumata görə, sədr Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası milli kəşfiyyat agentlikləri tərəfindən toplanmış məlumatların istifadəsini yaxşılaşdırmaq üçün yeni kəşfiyyat bölməsinin yaradılması üzərində işə başlayıb .




















