Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) ölkədəpedofiliyanın və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını qadağan edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.
Medialive xəbər verir ki, dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kino, media və onlayn platformalar da daxil olmaqla, eyni vaxtda doqquz qanuna dəyişiklik edib.
İctimai yerlərdə, mediada və internetdə LGBT təbliğatının yayılmasına görə inzibati cərimələr – minimum aylıq əmək haqqının 40 misli qədər (təxminən 157 min tenge və ya 24 min rubl) cərimə və ya on sutkaya qədər həbs tətbiq edilib.
Qanunun qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiq edilməli və Qazaxıstan Prezidenti tərəfindən imzalanmalıdır.
Qeyd edək ki, Qazaxıstanda LGBT təbliğatını qadağan edən qanun layihəsi çoxsaylı insan haqları təşkilatları tərəfindən tənqid olunub.




















