“Bizə Zəngəzur məsələsi ilə bağlı İrana heç bir təhlükənin olmayacağına əminlik verilib”.
Medialive “Tasnim” xəbər agentliyinə istinadən məlumat verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Həmədanda tələbələrlə görüşü zamanı deyib:
“Biz regionun sərhədlərində və ya geosiyasətində hər hansı dəyişikliyi qəbul etmirik və hesab edirik ki, regional təhlükəsizliyin təmin olunmasının ən yaxşı yolu regional əməkdaşlıqdır və bizim ideyamız 3+3 formatıdır. Biz Zəngəzur məsələsi ilə bağlı birbaşa təmasdayıq və İran üçün heç bir təhlükənin olmayacağına əminik. Təbii ki, vəziyyəti izləyirik”, – Abbas Əraqçi bildirib.




















