ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış Ukrayna planında təhlükəsizlik təminatlarından bəhs edən bənd var. Bu, Kiyevin əsas tələblərindən biridir və ABŞ ilk dəfədir ki, bu cür zəmanətlər verməyə hazır olduğunu göstərib.
Medialive-ın məlumatına görə, müharibədən sonrakı planın özündə isə bu zəmanətlər göstərilmir.
Sadəcə qeyd edilir ki, Moskva Ukraynanı yenidən işğal edərsə, hərbi cavabdan əlavə, ona qarşı bütün sanksiyalar bərpa olunacaq.
Bununla belə, ABŞ təhlükəsizlik təminatlarını NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında modelləşdirilmiş öhdəliklər kimi başa düşüb.
Sənəddə o da vurğulanıb ki, Rusiya Ukraynaya yenidən hücum edərsə, ABŞ Prezidenti NATO və Aİ ilə məsləhətləşdikdən sonra təhlükəsizliyin bərpası üçün zəruri tədbirləri müəyyən edəcək.
Qeyd edilir ki, bunlara hərbi güc, kəşfiyyat və maddi-texniki dəstək, iqtisadi və diplomatik fəaliyyət və digər addımlar aid edilə bilər.
İmzalanandan sonra təhlükəsizlik müqaviləsi uzadılma imkanı ilə 10 il müddətinə qüvvədə olacaq.




















