ABŞ Ədliyyə Nazirliyi məhkum edilmiş və sonradan intihar etmiş amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı təxminən 700 min səhifəlik sənədi bir həftə ərzində nəzərdən keçirib dərc etməyi planlaşdırır.
Medialive xəbər verir ki, bu barədə Axios-a etibarlı mənbə məlumat verib.
Məlumata görə, Ədliyyə Nazirliyi artıq işlə bağlı 750 minlik sənəd yayımlayıb.
Konqres, Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı bütün materialları açıqlamasını tələb edən qanun layihəsini yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
O, 2019-cu ilin avqustunda həbsxanada intihar edib.




















