Amerika kəşfiyyat agentlikləri hesab edir ki, Rusiya Ukrayna məsələsində güzəştə getməyə hazır deyil.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bu barədə NBC News yüksək rütbəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Senata verilən kəşfiyyat hesabatları Rusiya liderinin müharibəni qələbəyə qədər davam etdirmək əzmini göstərir.
Rəsminin sözlərinə görə, Rusiya tərəfi güzəştə getməyə hazır olmadığını göstərib.
Ağ Ev NBC News-a kəşfiyyatın qiymətləndirməsini şərh etməkdən imtina edibvə Donald Trampın Ukraynada sülhə sadiq olduğunu açıqlayıb.
Qeyd edək ki, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə görüşməyi planlaşdırsa da, sonradan planlarını ləğv edib.
O, qərarını Rusiyanın Ukraynada sülh danışıqları aparmaq istəməməsi ilə izah edib.
Daha sonra ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.




















