Amerika qüvvələri Karib dənizində narkotiklərin daşınması üçün istifadə edilən daha bir gəmini məhv edib.
Medialive xəbər verir ki, bunu Pentaqon katibi Pit Heqset açıqlayıb.
ABŞ-nin müdafiə naziri X-də bunları yazıb:
“Əvvəllər də qeyd etdiyimiz kimi, narkotik-terrorçu gəmilərə hücumlar amerikalıları zəhərləməyi dayandırana qədər davam edəcək”.
O bildirib ki, qayıqda narkotik maddə olub, ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi təşkilatın üzvləri olub. Təşkilatın adı açıqlanmayıb.
Heqsetin sözlərinə görə, təyyarədə üç narkoterrorçu olub. Onlar ABŞ ordusunun endirdiyi zərbə nəticəsində həlak olublar.




















