ABŞ PUA-larla Nigeriyada islamçı yaraqlılara qarşı bir sıra zərbələr endirə bilər.
Medialive xəbər verir ki, bu barədə CNBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın mənbələrinə görə, Amerikanın mümkün zərbələri hələ də nəzərdən keçirilir.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli də öz növbəsində Tramp administrasiyası onun göstərişi ilə Nigeriyada xristianların öldürülməsini dayandırmaq üçün mümkün tədbirlər üçün variantlar hazırladığını təsdiqləyib və prezidentin konkret tədbirlər barədə açıqlamasını gözləməyi təklif edib.
Qeyd edək ki, Nigeriya prezidenti Bola Tinubu Amerika liderinin ittihamlarını rədd edib.
O bildirib ki, Nigeriyanı dini dözümsüzlük ölkəsi kimi xarakterizə etmək ölkənin reallığını əks etdirmir və ölkə hökumətinin bütün nigeriyalılar üçün din və vicdan azadlığını təmin etmək üçün ardıcıl və səmimi səylərinə məhəl qoymur.
O əlavə edib ki, Abuca xristian və müsəlman liderləri ilə açıq və fəal dialoq aparır və dini mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq bütün sakinlər üçün təhlükəsizliyi gücləndirməyə davam edir.




















