“Fransa ABŞ-nin Karib dənizindəki hərbi əməliyyatlarından narahatdır, onlar beynəlxalq hüququ pozur”.
Medialive xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot G7 xarici işlər nazirlərinin Kanadada keçirilən sammitində deyib.
“Biz Karib hövzəsi regionunda hərbi əməliyyatları narahatlıqla izləyirik, çünki onlar beynəlxalq hüququ pozur və Fransa bir milyondan çox soydaşımızın yaşadığı xaricdəki əraziləri vasitəsilə regionda iştirak edir. Buna görə də onlar hər hansı bir eskalasiyanın yaratdığı qeyri-sabitlikdən əziyyət çəkə bilər, bizim açıq şəkildə qarşısını almaq istəyirik”. – deyə XİN rəhbəri deyib.
Qeyd edək ki, indiyədək ABŞ ordusu Karib dənizində və Latın Amerikasının Sakit okean sahillərində narkotik daşımaqda şübhəli bilinən gəmilərə ən azı 19 zərbə endirib və nəticədə ən azı 76 nəfər həlak olub.




















