Türkiyədəki böyük yanacaq təchizatçıları müştərilərinə dizelin qiymətini qaldıracaqlarını deyib.
Medialive xəbər verir ki, bu barədə Reuters Türk mənbələrə istinadən məlumat dərc edib.
Türkiyə Rusiya dizel tədarükündən çox asılıdır və 2022-ci ildən Moskvanın Ukraynanı işğal etməsindən sonra Qərb ölkələri Rusiya neftindən üz döndərdikdən sonra Rusiya dizelinin ən böyük idxalçısıdır.
Türkiyənin “Oyak” ordusunun pensiya fonduna məxsus yanacaq tədarükçüsü “Güzel Enerji” ABŞ-nin Rusiyanın neft şirkətləri “Lukoil” və “Rosneft”ə oktyabrın 22-də tətbiq etdiyi sanksiyalara istinad edərək, noyabrın 3-dən dizel yanacağının topdansatış qiymətlərini artırıb.
2024-cü ildə Türkiyənin dördüncü ən böyük yanacaq pərakəndə satış şirkəti olan “Güzel Enerji” dizel idxal xərclərinin sanksiyalara görə əhəmiyyətli dərəcədə artdığını bildirib.
Türkiyədəki yanacaq tədarükçüləri yerli neft emalı zavodlarından Tüpraş və SOCAR-dan daha çox dizel tələb edib,
Tupras və SOCAR Qərbin sanksiyalarına cavab olaraq daha çox qeyri-rus nefti alırlar.
Türkiyənin Rusiyadan dizel idxalı 2022-ci ildə 117 min bareldən 2023 və 2024-cü illərdə 300 min bareldə qədər artıb.




















