Ukrayna və Avropa rəsmiləri ABŞ-nin Ukraynada yeni sülh planının mövcudluğu məlum olanda məəttəl qalıb.
Medialive xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ prezidentinin nümayəndəsi Stiven Vitkoff oktyabrın sonunda Mayamidə Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşdən sonra yeni nizamlanma planı üzərində işləməyə başlayıb.
Qeyd edək ki, bu xəbər bir çox Qərb və Ukrayna siyasətçiləri arasında ABŞ-nin Rusiyanın tələblərinə boyun əyə biləcəyi ilə bağlı narahatlıq yaradıb.




















