“ABŞ-nin Venesuelaya qarşı hərəkətləri mövcud dünya nizamının dağınıq olduğunun, lakin yeni dünyanın konturlarının hələ də formalaşdığının daha bir sübutu oldu”.
Medialive xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orban Trampın Maduronu ələ keçirmək üçün icazə verdiyi ABŞ hərbi əməliyyatına toxunaraq bu sözləri deyib:
“Bu ilin ilk günlərində liberal dünya nizamının dağınıq vəziyyətdə olduğunu dərin bir xatırlatma aldıq. Trampın bir il əvvəl Ağ Evə qayıtması liberal dünya nizamına ölümcül zərbə oldu”.
O qeyd edib ki, əgər onun partiyası Fidesz-Macarıstan Vətəndaş Birliyi qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, Macarıstan sülh və təhlükəsizlik yolunu tutacaq.




















