ABŞ BMT Təhlükəsizlik Şurasına Suriya Prezidenti Əhməd Əl-Şaraya qarşı sanksiyaların ləğvini nəzərdə tutan qətnamə layihəsini təklif edib.
Medialive bu barədə Qərb mediasına istinadən xəbər verir.
Qətnamə layihəsində həmçinin Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların ləğvi tələb olunur.
Onun nə vaxt səsverməyə çıxarılacağı hələ məlum deyil.
Qətnamənin qəbulu üçün ən azı doqquz lehinə səs və Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyanın veto qoymaması tələb olunur.
Qeyd edək ki, Ağ Ev məlumat vermişdi ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi Vaşinqtona rəsmi səfərə gələcək Suriyanın yeni prezidenti Əhməd əl-Şara ilə görüşməyi planlaşdırır.




















